Play Store

Qubada dağlıq və meşəlik ərazilərdə yanğın olub

Quba rayonu Alpan, Qıpçal və Qələdüz kəndləri ərazisində biçilmiş əkin sahələri, dağlıq və meşəlik ərazilərdə yanğın baş verib.

Daxili İşlər Nazirliyindən Metbua.az-a verilən məlumata görə, hadisə yerində Quba Rayon Polis Şöbəsinin, FHN-nin əməkdaşları və yerli sakinlər olublar. Baş verən yanğınlarda Quba Rayon Polis şöbəsinin əməkdaşları yanğının qarşısının alınmasında iştirak ediblər.

Alpan kəndi ərazisindəki yanğın tez bir zamanda söndürülüb. Digər kəndlərdə alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Yanğının baş vermə səbəbləri araşdırılır.

"Qarabağ"ın "Zirə" ilə oyunu təxirə salınıb - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR