“Beynəlxalq Ordu Oyunları - 2018” başa çatdı - FOTOLAR

Moskva şəhərinin yaxınlığında Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah Rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi-Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov bağlanış mərasimdə iştirak edib.

Qeyd edək ki, hərbçilərimiz ölkəmizdə keçirilən “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrində də iştirak ediblər.

Bundan əlavə, hərbçilərimiz İranda keçirilən “Dərinlik” və Rusiyada təşkil olunan “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil ediblər.

MN: Xarici dövlətlərin hərbi gəmiləri Bakını tərk edib - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR