Çörəyin içindən sarğı binti çıxıb - FOTO

Çörəyin içindən sarğı binti çıxıb.

Metbuat.az moderator.az-a istinadən xəbər verir ki, hadisə Türkiyədə Alimpaşa Küpçü adlı vətəndaşın başına gəlib. Vətəndaş bildirib ki, o, çörəyi ancaq bir dükandan alır, amma bu dəfə inandığı çörək dükanı ümidləri doğrultmayıb. Səhər yeməyi zamanı ailəsi ilə birlikdə masa arxasında oturan Alimpaşanın oğlu çörəyi kəsərkən içindən yara binti çıxıb.

Qarşılaşdıqları mənzərədən sonra ailənin səhər yeməyi yarımçıq qalıb. Dərhal çörəyi götürərək dükana gedən vətəndaş şikayət edib. Dükan sahibinin isə heç “tükü tərpənməyib” və cavabında bildirib ki, işçinin barmağı kəsildiyi üçün sarıqlıymış və xəmir yovurarkən bint xamıra qarışaraq barmağından çıxıb.

Sabaha olan HAVA PROQNOZU - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR