Bunu edən çay həvəskarları ölüm təhlükəsi ilə üzə-üzədir

Mütəxəssislər hər gün siqaret çəkən və spirtli içkilər içən şəxslərin çayı isti şəkildə içməməsini məsləhət görüb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, araştırmalara görə, isti və ya çox isti çay içmək xüsusilə siqaret çəkən və spirtli içkilər içən şəxslərdə yemək borusu xərçəngi riskini 5 qat artırır.

Yemək borusu xərçəngi dünyada ən sıx görülən səkkizinci xərçəngdir. Ölümcül bir xəstəlik olan yemək borusu xərçəngi hər il təxminən 400 min nəfərin ölümünə səbəb olur. Adətən duman, spirtli içkilər və isti mayelər yemək borusunda təkrar-təkrar yaralanmalara yol açır.

Araşdırmalar siqaret çəkməyən və spirtli içkilərdən istifadə etməyən şəxslərdə bu riskin daha az olduğunu göstərib.

http://matbuat.az/news/1052033/sevgisi-ugruna-sahz...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR