Azərbaycanlı professorun metodikası ABŞ-da dərsliyə salındı - FOTO

Plastik və konstruktiv cərrah, professor Vaqif Qələndərin metodikası ABŞ-ın Florida Tibb Universitetində nəşr olunan dərslikdə dərc olunub.

Metbuat.az xəbər verir ki, Vaqif Qələndərin ilk dəfə yaratdığı cərrahiyyə metodikası Florida Tibb Universitetinin professoru Rui Fernandesin yazdığı dərslik kitabının 20-ci fəslində yer alıb. Bu kitab tələbələrin və mütəxəssislərin sözügedən sahə üzrə hazırlanmasında stolüstü dərslik rolunu oynayacaq.

V. Qələndərin sözlərinə görə, bu, onun üçün qürurverici bir hadisədir: “Florida Universitetindən belə bir təklif alanda çox şad oldum. Florida Universitetində elmi görüşdə iştirak etdim. Ali təhsil ocağının rəhbərliyi və müəllim heyəti ilə görüşdüm. Bu, həm Azərbaycan Tibb Universiteti, həm də mənim üçün çox böyük uğurdur".

Professor Vaqif Qələndər səfər çərçivəsində ABŞ-da keçirilən beynəlxalq konfransda da iştirak edib.

Aysel Yaqubqızı / Metbuat.az

Metodikası ABŞ-da dərsliyə salınan ilk azərbaycanlı plastik cərrahla - MÜSAHİBƏ / FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR