İlin sonunadək Azərbaycanda 13 aqropark yaradılacaq

İlin sonunadək Azərbaycanda 13 aqropark yaradılacaq.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu parlament komitələrinijn birgə iclasında büdcə müzakirələri zamanı iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev deyib.

Onun sözlərinə görə, artıq 6 aqropark yaradılıb, ölkənin 30 rayonunda aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması ilə bağlı iş aparılır. Bununla bağlı investisiyaların həcmi 1,4 milyard manat təşkil edir.

Nazir müavini vurğulayıb ki, hökumət kənd təsərrüfatının inkişafına və aqroparkların yaradılmasına dəstək göstərir:

“Aqropark infrastrukturunun yaradılmasına 219 milyon manat və həmin parkların rezidentləri üçün güzəştli kreditlərə 111 milyon manat ayrılıb”.

Ağcabədi sakini qeyri-adi musiqi aləti düzəldib - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR