Hesablama Palatası əlilliyin təminatında inzibati nəzarətin gücləndirilməsinə ciddi ehtiyac görür

Hesablama Palatası əlilliyin təminatında inzibati nəzarətin gücləndirilməsinə ciddi ehtiyac görür.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Em və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, I qrup əlillərin sayında artım tempi var: “Belə ki, qeyd olunan kontingentin sayı bu il 8.1 faiz artıb. Təkcə yarımillik artım 9.1 faiz təşkil edib”.

V.Gülməmmədov qeyd edib ki, əvvəlki illərdə Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi ilə bağlı elektron informasiya sistemləri tam yaradılmamışdı: "Bəzi hallarda müavinətlərin ünvanlılığının təmin edilməməsi, kommunal xidmətlər üzrə limitlərə riayət olunmaması, kommunal xidmətlər üzrə məcburi köçkünlərin adlı siyahılarının yerlərdə tərtib edilməsi və dəqiqləşdirilməsində zəruri nəzarətin təmin edilməməsi kimi hallar aşkarlanırdı. Eyni zamanda qeyd edilməlidir ki, dövlət komitəsindən müavinət alan şəxslərin adlı siyahılarının dəqiqləşdirilməsi, müavinət almaq hüququ olmayan və təkrarlanan şəxslərin adlarının siyahıdan çıxarılması və müavinət alan məcburi köçkünlərin sayının dəqiqləşməsi təmin olunub".

Palata sədri əlavə edib ki, ünvanlılığın təmin edilməsi ilə bağlı aparılan tədbirlər nəticəsində cari ilin 9 ayında ünvanlı sosial yardım təyin edilən ailələrin sayı əvvəlki illə müqayisədə 37.1 faiz azalıb.

Bankda pulu olanların DİQQƏTİNƏ! - 5 aydan sonra müddət başa çatır - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR