Vaxtı ilə məşhur olan müğənni indi bir qab yeməyə sevinir - VİDEO + FOTOLAR

Bir müddət əvvəl müğənni Roza Zərgərlinin vaxtı ilə mərhum meyxanaçı Nizami Rəmzi ilə "Aşiq canan" mahnısını duet ifa edən müğənninin axtarışa çıxması ilə bağlı xəbər vermişdik.

Metbuat.az-ın baku.ws-ə istinadən verdiyi məlumata görə, Roza Zərgərli həmin ifaçını tapıb.

Müğənni bu haqda ATV-də yayımlanan "BizimləSən" verilişində məlumat verib:

"Samirə Vahabova duet ortağı olan ilk xanım meyxanaçıdır. Çox acınacaqlı vəziyyətdədir. Bu xanım səfil həyat yaşayır. Bu insana bir neçə il bundan öncə təsadüfən sənət dostumuz müğənni İzzət Bağırov kömək edib. Mənə də onu tapmaqda İzzət Bağırov kömək etdi. Bu xanım bina evlərinin birində, pilləkanların altında 100 manata kirayənişin qalır. Ümumiyyətlə, o yerdə yaşamaq olmaz. Hamamı, mətbəxi, ayaqyolusu yoxdur. Məsələn, gecə saat 3-də hamam-tualet lazım olsa, bu insan yaxşı qonşuların qapısını döyür və ona icazə verirlər. Onun serebral iflicdən əziyyət çəkən 40 yaşlı qızı var.


Sənət adamlarını çox adam qınayır. Biz çalışırıq ki, bacardığımız qədər insanlara yaxşılıq edək, amma öz sənət yoldaşlarımız bu həyatı yaşamamalıdır. Mən xalqımızdan dəstək istəməyəcəyəm. Mən başqa meyxana ifaçıları olmaqla, sənət dostlarımıza deyirəm ki, Samirə xanımın sizin dəstəyinizə ehtiyacı var. Ağamirzə müəllim, Vüqar meyxana, Tərlan Novxanı özlərini birinci çatdırdılar və digər uşaqları da gözləyirəm. Bu sənətdə olan heç bir ana, bacı bu həyata layiq deyil.
Onların evində çəkilişdə olanda o, dedi ki, Rozoçka, qonşu məni çağırdı ki, gəl atamın yubileyində oxu, mənə bir qab isti yemək verdi, mən bir həftə sevinirdim. Biz hansı dövrdə yaşayırıq ki, sənətkar bir qab yeməyə görə sevinsin".

Samirə Vahabovanın acınacaqlı vəziyyəti studiyada əyləşən ekspertləri də çox kövrəldib.

Bankda pulu olanların DİQQƏTİNƏ! - 5 aydan sonra müddət başa çatır - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR