​“Adamlar Qarabağ cəbhəsindən daha çox yol qəzalarında ölməkdədirlər” - Zahid Oruc

Bakı şəhərinin ictimai nəqliyyat sektoruna ötən on illər ərzində hökumətin də baxışları xeyli dəyişilib”.

Bu sözləri paytaxtdakı nəqliyyat problemləriylə bağlı açıqlamasında millət vəkili Zahid Oruc bildirib.

Onun sözlərinə görə, özəl sektorun, böyük imkanlara sahib olan iş adamlarının bu sferaya yönəlməsi, həmçinin lisenziyalaşdırma işinin tədbiq olunması belə arzu olunan son nəticəni əldə etməyə imkan vermədi:

“Bəlli oldu ki, burada hər hansı bir təcürübəsi olmayan, bəzən saxta sənəd daşıyıcılarının təmərküzləşdiyi və hər gün işə başlayarkən nəzarətdən keçməyən sahə ilə üz-üzə qaldıq. Maşın parkının da vəziyyəti burada önəmli yer tutmaqda idi. Xatırlayırsınızsa, Nəqliyyatın İntellektual İdarəetməsi layihəsi meydana çıxdı. O yöndə müxtif işlər həyata keçirilməsi çalışılsa da, lakin onun da uğurla sona çatdırılmasına imkan vermirdilər. Ondan sonra Bakı Nəqliyyat Agentliyinin yaradılmasıyla bağlı dövlət qərar verdi və bu işin əsas ağırlığı öz üzərinə götürdü. Bu sahədə sistem ondan sonra yaranmağa başladı. İnkar etməyək ki, avtobus parklarının yenilənməsi, o cümlədən onun müəyyən zaman qrafikində fəaliyyətinin qurulması, həmçinin Bakı şəhərində əhatə dairəsi seçilərkən daha çox əhali olan ərazilərin nəzərə alması təqdirolunan hadisələrdən sayıla bilərdi. Lakin sonuncu hadisədən sonra – qatarla avtobusun toqquşması və nəticədə insan təlafatının baş verməsi yenidən bu sahadəki durumu cəmiyyətin müzakirəsinə qaytardı. Həmçinin bu, çox ağrılı məsələyə çevrildi. Xatırlayırsınızsa, 9 ayın yekunlarıyla bağlı Nazirlər Kabinetinin son müşavirəsində ölkə rəhbəri həmin sahəylə bağlı tənqidlərini söylədi. Həmçinin, irəliyə bir neçə ideyasını qoydu. Zənn edirəm ki, bu ətrafda köklü işlər görülməlidir. Bizim üçün konkret olaraq bu sahədə əlahiddə yeniliklər kəşf eləməyə ehtiyac yoxdur.

Qərb ölkələrinə səfərimiz ərzində oradakı şəraiti dəyərləndirə bilirik. Məsələn, orada mərkəzi şəhərlərin qədərindən artıq yüklənməməsi üçün iri qabaritli maşınlara fərqli qrafik təklif olunub. Burada həmçinin kadr məsələsində çox sərt tələblər mövcuddur. Hamı öna əməl etməlidir, çünki bu, insanların təhlükəsizliyi ilə bağlı məsələdir. Türkiyədə “Yol canavarı” kimi məşhur olan bu termin bizim də məkanda ağrılı bir statistika halına gəlib. Aadamlar Qarabağ cəbhəsindən daha çox yol qəzalarında ölməkdədirlər. Hər gün onlarla bağlı informasiya vasitələrinə gələn məlumatları görürük. Bu isə sanki insanlarda adiləşdirmə effektini yaradır. Halbuki bir insanımız da həyatını itirirsə, bu, böyük bir qəsddir. Heç bir halda buna dözmək olmaz. Çünki onun arxasında insan taleləri dayanıb. Hər kəs bunu özününkü saymalıdır. Hesab edirəm ki, ön cəbhədə əsgərin funksiyası nədirsə, bu sferada sürücüdən tutmuş müfəttişə qədər hər birinin üzərində vətəndaşların həyatlarının qorunmasıyla bağlı bir nömrəli tələblər mövcuddur.

Daha sonra xidmətin keyfiyyətindən danışa bilərik. Burada idarəetmə ilə özəl sektorun vəhdətini ortaya çıxarmaq lazımdır. Yalnız o halda vəzifələrin yerinə yetirilməsinə arxayın ola bilərik. Hesab edirəm ki, ölkə rəhbərinin əsas məqsədi ondan ibarətdir ki, paytaxt statusuna müvafiq sərhəddən başlayaraq, sonuncu ucqar nöqtəyə qədər saat mexanizmi kimi çalışan bir nəqliyyat sistemi ortaya çıxsın. Bunun üçün müəyyən dövlər vəsait qoyulub, indi də bu yöndə addımlar atılır. Yetər ki onu effektli işlədib, ünvanlı edəsən və camaatın maraqlarını düşünərək həyata keçirəsən”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bu günün havası: Qar, yağış, külək -TIKLAYIN


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR