Tahir Əmiraslanovun yeni kitabı təqdim olunub - FOTOLAR

Milli Kulinariya Mərkəzinin prezidenti, baş kulinar Tahir Əmiraslanovun “Tahir Əmiraslanov 12x5=?” kitabı təqdim olunub.

Metbuat.az xəbər verir ki, təqdimat mərasimi noyabrın 7-də "Muğam ocağı" restoranında baş tutub.

Tədbirdə ictimai siyasi xadimlər, aşpazlar, KİV nümayəndələri iştirak edib.

Qonaqları salamlayan Tahir Əmiraslanov kitabın adının mənasını açıqlayıb: "Anam məni hələ də uşaq kimi görür, nəvələrim isə mənə baba deyirlər. Mən bilmirəm babayam yoxsa uşaq. Bu səbəbdən kitabın adını 12x5 qoymuşam".

Bu il 60 illik yubileyini qeyd edən baş kulinar tədbirdə yubilyar dostlarını da təbrik edib və onlara hədiyyələr təqdim edib.

Tədbirdə Tahir Əmiraslanovun sənət dostları və qonaqlar onun haqqında xoş sözlərlə çıxış ediblər.

Baş kulinar onun üçün hazırlanan tortu kəsərək qonaqlarla paylaşıb.

Qeyd edək ki, kitabda Tahir Əmiraslanovla bağlı xatirələr və təbriklər yer alıb. Toplanan xatirələr 4 dildə (ingilis, rus, türk və azərbaycan dillərində) nəşr olunub. İngilis dilində olan xatirələr Azərbaycan dilinə tərcümə olunaraq, əlavə olunub. Əhalinin böyük əksəriyyəti üçün rus və türk dili aydın olduğu üçün olduğu kimi kitaba yerləşdirilib.

Aysel Yaqubqızı / Metbuat.az





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR