"Türk Hava Yolları" yeni təyyarələr alır

"Türk Hava Yolları" aviaşirkəti yeni təyyarələr sifariş edib.

Metbuat.az-ın Trendə istinadən məlumatına görə bunu, şirkətin satış direktoru Harun Baştürk deyib. H.Baştürkün sözlərinə görə, cari ildə 60 ədəd yeni təyyarə sifariş edilib:

“Sifariş edilən təyyarələrin bir qismi 2019-cu ildə təhvil veriləcək. Onlardan ən önəmliləri yeni “Dreamliner”, “Airbus 321” və “Boeing”lərdir. Sifariş olunan hava gəmilərinin hər biri yeni nəsil texnologiyalara cavab verir. Onlar həm iqtisadi, həm də sərnişindaşıma baxımından çox əlverişlidirlər”.

H.Baştürk bildirib ki, "Türk Hava Yolları" uçuş nöqtələrini də genişləndirmək niyyətindədir. Növbəti aylardan aviaşirkət Baliyə, Şarjaya və Mərakeşə uçuşlar həyata keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR