Fransa hərbi məqsədlər üçün Gürcüstana 18 milyon avro yardım edəcək

Fransa hərbi əməkdaşlıq çərçivəsində Gürcüstana 18 milyon avro yardım edəcək.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın maliyyə nazirinin müavini Georgi Kakauridze parlamentin maliyyə-büdcə komitəsinin iclasında söyləyib.

Nazir müavini deyib ki, bu yardım Gürcüstanın 2019-cu il üçün dəqiqləşdirilmiş dövlət büdcəsi layihəsində də əksini tapıb. Bu vəsait hesabına Gürcüstan Müdafiə Nazirliyinin 2019-cu il üçün maliyyələşməsi 55 milyon lari artırılıb. Fransa bu vəsaiti Gürcüstana 2015-ci ildə imzalanmış müqavilə əsasında ödəyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR