Paytaxtda bina yanıb - Sakinlər təxliyə edilib

Bakı şəhərinin Pirallahı rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR