Ayıları əvvəlcə qovaladı - Sonra üzr istəyərək bal verdi

Türkiyənin Trabzon şəhərində 9 ildir arıçılıqla məşğul olan köhnə bələdiyyə başçısı İbrahim Sədəf arı pətəyinə dadanan ayılar ilə mübarizə aparır.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, ötən günlərdə yolda avtomobillə gedərkən ayıları qovalayaraq “ İkisi baladır, biri ana, sülaləni gətir hamınıza baxacam, qorxma. Gəl bir şey etməyəcəm” sözləri ilə çəkdiyi görüntüləri sosial mediada paylaşaraq bu dəfə də ayılardan üzr istəyib.

Arı pətəyinin yerləşdiyi komanın qarşısına iki pətək bal qoyaraq ayıları həmin əraziyə çəkməyi bacarıb. Ayıların pətəkləri açaraq balları yediyi görüntüləri sosial mediada palayaşan Sədəf “ bu da sizə iki pətək bal, yaramazlıq etməyin, davamı gələcək. Nuş olsun” ifadələrini yazıb.

https://metbuat.az/news/1078247/sahibi-20-evro-pul...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR