Qubadakı qəzada 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Yanvarın 10-da saat 9 radələrində Quba rayonunun Zərdabi kəndi ərazisində rayon sakinləri Pənah Məmmədovun idarə etdiyi “Ford Transit” və Ramil Seyidəhmədovun idarə etdiyi “VAZ-21010” markalı avtomobillər toqquşub.

Metbuat.az DİN-in saytına istinadən xəbər verir ki, nəticədə R.Seyidəhmədovun sərnişinlərindən Şakir Abbasov və Coşqun Qasımov hadisə yerində, Nahid Tarverdiyev isə xəstəxanaya aparılarkən yolda ölmüş, R.Seyidəhmədov xəstəxanaya yerləşdirilmişdir.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

Bakıda kişi şirkətin ofisini dağıtdı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR