Azərbaycan qazının Bolqarıstana nəqli üçün kəmərin inşasına 3 aya başlanacaq

Azərbaycan qazının Bolqarıstana nəqli üçün kəmərin inşasına 3 aya başlanacaq
18:17 11 Yanvar 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan qazının Bolqarıstana nəqli üçün Yunanıstanla interkonnektorun (Interconnector Greece-Bulgaria-IGB) inşasına 3 aya başlanacaq.
“Report” Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə bu ölkənin energetika naziri Temenujka Petkova bildirib.
“Ən geci 3 ay ərzində IGB-nin inşasına başlanılacaq. Layihə 2020-ci ilin ikinci yarısında yekunlaşmalıdır. Bununla da Azərbaycanla 1 mlrd. kubmetr qazın nəqli üçün imzalanan müqavilənin icrasına başlanılacaq. Burada təbii qaz nəqli üzrə mənbələrin şaxələndirilməsindən və Bolqarıstan qaz bazarında rəqabət mühitindən söhbət gedir”, -nazir əlavə edib
Qeyd edək ki, "Şahdəniz-2" yatağından Cənub Qaz Dəhlizi ilə nəql olunacaq təbii qaz Bolqarıstana ixrac olunacaq. Bu ölkə IGB vasitəsilə ildə 1 mlrd. kubmetr Azərbaycan qazı alacaq. Bolqarıstanın dövlət qaz şirkəti “Bulgargaz EAD” “Şahdəniz” yatağının II fazasının işlənməsi çərçivəsində ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.Azərbaycan təbii qazı Bolqarıstanın qaz istehlakının təxminən 25-30%-ni qarşılayacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bolqaristan-azerbaycan-qazi-ucun-kemerin-insasina-baslayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR