Qarabağla bağlı Azərbaycana ŞOK ÇAĞIRIŞ: “Sərhədsiz reportyorlar”dan ermənilərə açıq dəstək

Qarabağla bağlı Azərbaycana ŞOK ÇAĞIRIŞ: “Sərhədsiz reportyorlar”dan ermənilərə açıq dəstək
16:28 11 Fevral 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

Söz və mətbuat azadlığı, jurnalistlərin müdafiəsi prinsiplərini əsas tutduğunu iddia edən “Sərhədsiz reportyorlar” təşkilatı Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərləri alqışlayan çağırış edib. Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Yohann Bir bildirib ki, Azərbaycan Dağlıq Qarabağa qanunsuz səfər edənlərin adını saldığı “qara siyahı”dan imtina etməlidir.

Onun iddiasına görə, bu anormal vəziyyət yaradır: “Biz bir neçə dəfə buna qarşı çıxmışıq, Azərbaycan hakimiyyətini “qara siyahı” təcrübəsindən imtina etməyə çağırmışıq. “Qaynar nöqtələr”ə baş çəkən jurnalistlər üçün baş verənlərin işıqlandırılması fövqəladə səviyyədə əhəmiyyətlidir. Qarabağa baş çəkmək üçün Azərbaycan tərəfindən icazə almaq prosesi çətinləşdirir, hətta müraciət etmək hələ icazə almaq demək deyil”.
Y. Bir Azərbaycanın bu addımını “xüsusi senzura” olaraq adlandırıb.

Hesab etmək olar ki, Y.Bir və onun timsalında təmsil etdiyi təşkilatın əsas qayəsi jurnalistlərin sərbəst fəaliyyətini təmin etməkdir, lakin Azərbaycana ünvanlanan bu çağırışın işğalla barışmaq istəyi olduğu da faktdır və bu, birbaşa işğalçı Ermənistanın maraqlarına xidmət edir.

Y. Bir bu açıqlamanı Fransa Xarici İşlər Nazirliyinin təşkil etdiyi media-turda erməni jurnalistlərin suallarını cavablandırarkən verib. Bu faktın özü məqsədin Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaq olduğunu təsdiqləyir. Erməni jurnalistlər “Sərhədsiz reportyorların” nümayəndəsinin dilindən Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırış edilməsində almasında maraqlıdır. Lakin “Sərhədsiz reportyorlar”ın Azərbaycana qarşı daşlaşmış qərəzli yanaşması fonunda bu təşkilatın da maraqlarının ermənilərlə üst-üstə düşdüyü şübhəsizdir. Hədəf Azərbaycanın tərtib etdiyi “qara siyahı”nı aradan qaldırmaq və dünyanın müxtəlif yerlərində erməni diasporunun pulla ələ aldığı siyasətçiləri, jurnalistləri və digərlərini işğal altındakı Qarabağa gətirməkdir.

Hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin işğal edilmiş ərazilərə qanunsuz səfər edən xarici ölkə vətəndaşlarının adlarını daxil etdiyi “Arzuolunmaz şəxslər siyahısı”nda 799 şəxs var.

Ermənistanın əcnəbiləri Qarabağa gətirməsi işğalı və Azərbaycan torpaqlarında yaradılan qondarma rejimi beynəlxalq ictimai rəydə legitimləşdirmək məqsədi daşıyır. Azərbaycanın “qara siyahı” addımı işğalçı ölkənin bu planlarına ciddi zərbə endirdi. Dünyada ciddi siyasi fiqurlar, mədəni xadimlər, jurnalistlər işğal altındakı ərazilərə gəlməkdən imtina etdilər. Bununla yanaşı, erməni yalanına aldanaraq Qarabağa gələn çoxsaylı tanınmış şəxslər Azərbaycandan üzrxahlıq etdi və bu proses həm erməni təbliğatını, həm də işğalçı ölkənin xain planlarını alt-üst etdi. Görünür, ermənilər “Sərhədsiz reportyorlar”ın əli ilə Azərbaycanı bu məsələdə geri çəkilməyə məcbur etmək istəyirlər. Bu, yəqin ki, başlanğıcdır və böyük ehtimalla belə çağırışların davamı gələcək. “Sərhədsiz reportyorlar”ın növbəti hesabatları Azərbaycan haqqında “söz və mətbuat azadlığı” iddiaları ilə zəngin olarsa, bu, heç də təəccüblü olmayacaq.

Erməni lobbisi iş başındadır, Azərbaycanı işğal altındakı ərazilərdən imtinaya məcbur etmək üçün bütün yollara əl atırlar!

Asif Nərimanlı

Publika.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/269211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR