Bakıda avtobus qəzaya düşdü - SON DƏQİQƏ!

Bakıda avtobus qəzası baş verib.

Bu barədə Metbuat.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Bildirib ki, hadisə bu gün 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə qəza baş verib:

“Belə ki, “Toyota” markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusa dəyib. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Minik maşınının sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. İlkin məlumata görə qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbləri müvafiq araşdırmadan sonra məlum olacaq”.

Qeyd edək ki, daha sonra 2 nömrəli marşrut xətti üzrə avtobusa çırpılan avtomobilin yüksək sürətlə və təhlükəli manevrlər idarə edildiyi məlum olub.

Metbuat.az sözügedən görüntüləri təqdim edir:


Günün qoroskopu - Yorğunluq səhhətinizdə problemlər yarada bilər - Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR