Türkiyəli alimlər Bakıda

Türkiyəli alimlər Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru ilə görüşüblər.

Metbuat.az bildirir ki, Türkiyənin Kocaeli Universitetinin Mühəndislik fakültəsinin nümayəndələri professor Fadimə Sərtçelik, professor Tekin Yekin və professor İbrahim Sərtçelik AMEA nəzdində RSXM-də olublar. RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşən nümayəndələr ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin türkiyəli alimlər RSXM-nin apardığı seysmoloji tədqiqatlarla yaxından tanış olduqlarını, bu tədqiqatların beynəlxalq standartlara cavab verdiyini vurğulayıblar.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi və s. məsələlərə də toxunulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR