​"Qarabağ əlillərinə təqdim olunan avtomobillərin sayı 6144-ə çatıb"- Nazir

"Qarabağ əlillərinə təqdim olunan avtomobillərin sayı 6144-ə çatıb".

Metbuat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.

Sahil Babayev bildirib ki, ötən il Prezident İlham Əliyevin imzaladığı sərəncamla ayrılmış vəsait hesabına 2018- ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilən mənzillərin sayı 3 dəfədən çox artırılaraq 626-ya, indiyədək verilən mənzillərin sayı 6654- çatdırılıb.

"Qarabağ müharibəsi əlillərinə ötən il 265 avtomobil verilməklə, bu kateqoriyadan olanlara təqdim olunan avtomobillərin sayı isə 6144-ə çatıb"-deyə nazir əlavə edib.

Sərdar Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR