​​ABŞ Yəməndən qoşunlarını çıxarmağa hazırlaşır

ABŞ Yəməndən qoşunlarını çıxarmağa hazırlaşır.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, senatorlardan 54-ü mövcud qanun layihəsinə lehinə, 46-ı isə əleyhinə səs verib. Qərara əsasən, Pentaqon əsgərləri 30 gün ərzində Yəməni tərk etməlidir. Yalnız “Əl-Qaidə” terror təşkilatıyla mübarizə aparan məhdud sayda qüvvələr ərəb respublikasında saxlanılacaq. Sənəd Konqresin Nümayəndələr Palatasında da səsverməyə çıxarılacaq.

Ardınca təsdiqlənmək üçün prezident Donald Trampa göndəriləcək .

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR