Yeni Zelandiyada iki məscid qan gölünə döndü: 28 ölü, onlarla yaralı - VİDEO - FOTO

Yeni Zelandiyada iki məscid qan gölünə döndü: 28 ölü,  onlarla yaralı - VİDEO - FOTO
09:22 15 Mart 2019
99 Dünya
Ölkə mətbuatı
A- A+

Yeni Zelandiyada iki məsciddə gülləbaranlarda 28 nəfər həlak olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, silahlı şəxslər Kraystçörç şəhərinin Dins Avenyu və Linvud Avenyu küçələrindəki iki məscidə soxularaq atəş açmağa başlayıblar. Gülləbaran gündüz namazından sonra törədilib.

"Linwood Masjid" və "Al Noor Mosque" məscidlərindəki gülləbaranlarda onlarla yaralı var.

Polis hücumda şübhəli bilinən 4 nəfəri - 3 kişini və 1 qadını saxlayıb. Onlardan biri Avstraliya vətəndaşı olan 28 yaşlı Brenton Tarrantır.

Tarrant 17 dəqiqə ərzində məsciddəki gülləbarandan canlı yayım edib. O, cinayəti törətməzdən əvvəl sosial şəbəkələrdə 37 səhifəlik "manifest" yayıb.

Tarrantın sosial şəbəkələrdəki akkauntları hazırda bağlıdır.

Yeni Zelandiyanın baş naziri Casinda Ardern faciəni ölkə tarixinin ən məşum günlərindən biri adlandırıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yeni Zelandiyada iki məscid qan gölünə döndü: 27 ölü, onlarla yaralı


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/739082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR