Bəy öz toyuna görün necə gəldi? - Beləsi hələ olmamışdı/ FOTOLAR

Türkiyə,Osmaniyədə Məhəmməd Ə. 1978 model avtomobili iki böldürüb, dəmir profillə uzadaraq, limuzinə bənzətmək istəyib.

Metbuat.az türk mediasına istinadən bildirir ki, polislər avtomobilin bu halı ilə istifadə edilməsinə icazə verməyincə toyu olan Aksiya-Məhəmməd Ə cütlüyü toy edilən salona evakuator üzərində gedib.

Məhəmməd Ə. toy günü istifadə edilmək üçün, 3 min 500 lirəyə satın aldığı 1978 model avtomobili iki böldürüb, dəmir profillə uzadaraq, limuzinə bənzətməyə çalışıb.

Vasitəni bəzətmək üçün toy öncəsi gülçüyə aparan Məhəmməd polis dəstələrinin xəbərdarlığı ilə qarşılaşıb.

Avtomobilin bu halı ilə istifadə edilməsinə icazə verilməyib və o, evakuator istəyib.

Maşına minən Eylem- Məhəmməd Ə. cütlüyü toy zalına da evakuator üzərində gedib.

Xəyalındakı limuzini toyu üçün yaratmağa çalışdığını dilə gətirən Məhəmməd Ə. "baxdıq ki limuzinin kirayəsi çox yüksəkdir, Biz niyə etməyək deyə qərar verdik. Limuzini özümüz etmişik. Maşınımızın nəqliyyatda getməsinə icazə verilmədi" deyib.

Gəlin isə "çox gözəl olub. Mənim xəbərim yox idi və çox gözəl bir sürpriz oldu. Fərqli bir xatirə oldu bizim üçün" deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR