Uçuğu olan insanlar OXUSUN - Əl vurmaq...

Bədənin hər bölgəsində əmələ gələn, ancaq daha çox dodaq üstlərində görülən dodaq uçuqları dəri problemlərindən biridir.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, dermotoloq Ata Nejat Ertekin sözlərinə görə, uçuğa qətiyyən əl vurmaq olmaz.

Həkimin sözlərinə görə, virus səbəbilə ortaya çıxan uçuqlar qızarmış qabarcıqlardır. Dodaq uçuğu çıxmazdan əvvəl ağız çevrəsində ya da dodaqda batma, yanma kimi şikayətlər meydana gəlir. Qaşınma, sızlama kimi əlamətlər isə 24 saat ərzində özünü göstərməyə başlayır.

Uçuq virusunun yoluxucu olduğunu qeyd edən həkim Nejat Ertek uçuğu olan şəxslərin şəxsi əşyalarını (stəkan, yastıq, dəsmal, çəngəl) başqaları ilə paylaşmamalı olduğunu bildirib.

Uçuğun müalicəsi üçün mütləq həkim dermotoloqa müraciət etmək lazımdır.

Aysel Yaqubqızı / Metbuat.az

Təngnəfəslik ciddi xəstəliyin xəbərçisidir - DİQQƏT!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR