Bakıda iki nəfəri hədələyərək 165 min manat mənimsəyən şəxslər saxlanılıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini A.Əliyev 2018-ci ilin noyabr ayından 2019-cu il fevral ayının 5-dək olan müddətdə 2 nəfərin ona hədə-qorxu gələrək 165.000 manat pulunu aldığını bildirib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Əsədov və A.İbrahimli müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Şəxsi axtarış zamanı O.Əsədovdan və A.İbrahimlidən narkotik vasitə olan heroin və metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.3.2 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR