Azərbaycanlı cüdo məşqçisi Yaponiyada diplomla təltif olunub

Azərbaycanlı cüdo məşqçisi Yaponiyada diplomla təltif olunub
19:37 15 Aprel 2019
37 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyada Beynəlxalq Cüdo Təhsili Proqramı üzrə seminarlar keçirilib. 
"Report"un məlumatına görə, dünya cüdosunun ən nüfuzlu tədbirlərindən olan təhsil proqramında müxtəlif ölkələrdən məşqçilər iştirak ediblər. Onlar bir ay müddətində Yaponiyanın tanınmış cüdo mütəxəssislərinin rəhbərliyi ilə təşkil olunan seminarlarda bu idman növünün sirlərinə daha yaxından yiyələniblər.
Seminarda Azərbaycanı məşqçi Rafael Şahverdiyev təmsil edib. Ona Beynəlxalq Cüdo Təhsili Proqramının diplomu və birinci dan qara kəmər verilib.
Rafael Şahverdiyev CÜDO TV-yə açıqlamasında Azərbaycan Cüdo Federasiyasına (ACF) minnətdarlığını bildirib: “Mənə bu şəraiti yaratmaqda, ölkəmizə Yaponiyadan təhsil diplomunu gətirməkdə köməklik göstərən ACF-nin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycanı burada təmsil etmək mənim üçün çox qürurverici idi”. 



Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/mesqcimize-diplom-ve-birinci-dan-verildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR