Azərbaycanda ilk dəfə tele-opera çəkildi

Azərbaycanda ilk dəfə tele-opera çəkildi
19:42 15 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Görkəmli  bəstəkar Fikrət Əmirovun Sevil operasının tele operası çəkilib.

Milli.Az xəbər verir ki, layihənin ideya müəllifi Azərbaycan televiziyası "Mədəniyyət"  kanalının direktoru Ramil Qasımovdur. Tamaşada  baş rolları əməkdar artistlər Afaq Abbasova (Sevil), Ramil  Qasımov (Balaş), İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Babakişi), Əli İbrahimov (Atakişi), xalq artisti Əkrəm Poladov (Məmmədəlibəy), Fəhmin Əhmədov  ifa  etdilər.

R.Qasımov sözügedən layihənin həyata keçirilməsini mədəni sahədə böyük addım olduğunu bildirib: "Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və böyük dramaturq, Cəfər Cabbarlının 120 illik  yubileyinin keçirilməsi haqqında, ölkə rəhbəri cənab prezident sərəncam verdi. Bu məqsədlə düşündük ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Fikrət Əmirov və Cəfər Cabbarlının "Sevil" operasını tele-opera şəkilində çəkib xalqımıza təqdim edək. Bu opera, müxtəlif illərdə bizim özünəməxsus sənətkarlarımız tərəfindən ifa olunub. Azərbaycan Televiziyası, "Mədəniyyət" kanalı, Mədəniyyət  Nazirliyi, Akademik Opera  və  Balet Teatrının birgə layihəsi  kimi reallaşan bu opera yüksək texnoloji avadanlıqla ilk olaraq lentə alınıb, HD formatla çəkilib, ifaçılara  gəldikdə mən tamaşanın dirijoru, Akademik Opera və Balet Teatrının baş dirijoru əməkdar artist- Eyyub Quliyev öhdəsinə düşən məsuliyyətli və tarixi işin öhdəsindən gözəl gəldi. Tele-opera Akademik Opera və Balet Teatrının baş rejissoru əməkdar incəsənət  xadimi-Hafiz  Quliyevdir. Qərblə Şərqin sintezi, həmçinin aktorların fərqli daxili dramaturgiyası aydın tamaşaçılara açılır. Fürsətdən istifadə edib, bütün yaradıcı heyətə bu layihənin gerçəkləşməsində əziyyəti olan əməkdaşlarımıza  minnətdarlığımı bildiririrəm. Düşünürəm ki, bu tele-opera bir   inci olaraq  gələcək nəsillərə bir töhvə olacaq".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda ilk dəfə tele-opera çəkildi


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/747221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR