Polis bölməsində kişini döyərək öldürdülər - Yerevanda

Ermənistanın paytaxtı Yerevan şəhərində polis bölməsində 36 yaşlı Edqar Tsatikyanın döyülərək öldürülməsi faktı üzrə cinayət işi başlanıb.

Metbuat.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, E.Tsatikyanın atası oğlunun polis bölməsində işgəncəyə məruz qaldığına dair Yerevanın Nor Norka Rayon Polis İdarəsinə məlumat verib. Onun sözlərinə görə, Edqar qorxusundan cibinə atılan narkotik maddəni udub. Atası deyib ki, bundan sonra oğlunun səhhəti ağırlaşıb və Edqar xəstəxanada ölüb.

Hadisə ilə bağlı cinayət işinin araşdırılması davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR