"Ayaks" Çempionlar Liqasının tarixinə düşdü

Ötən gecə Çempionlar Liqasının 1/4 finalında "Yuventus"a qalib gələrək (2:1) yarımfinala yüksələn "Ayaks" turnirin tarixinə düşüb.

Metbuat.az qol.az-a istinadən xəbər verir ki, Hollandiya təmsilçisi üç təsnifat mərhələsini keçdikdən sonra yarımfinala qədər irəliləyən ilk komanda olub.

Erik ten Haqın komandası Avstriyanın "Şturm", Belçikanın "Standard", Ukraynanın "Dinamo" (Kiyev) klubunu keçərək qrup mərhələsində AEK, "Bavariya" və "Benfika" ilə mübarizə aparıb. Yekunda 12 xal toplayan hollandlar 1/ 8 finala yüksəlib. Bu mərhələdə "Real"ı mübarizədən kənarlaşdıran (1:2, 4:1) "Ayaks" dünənki görüşdə "Yuventus"dan üstün olub. (1:1, 2:1)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR