Sudanın devrilmiş prezidenti Ömər əl Bəşir həbsxanaya aparılıb

Sudanın devrilmiş prezidenti Ömər əl Bəşir paytaxt Xartumun şimalında yerləşən Kober həbsxanasına köçürülüb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Sudandakı “Ahir Lahza” qəzetinin hərbi mənbələrə istinadən yaydığı məlumatda deyilir ki, o, ötən gecə ev həbsində saxlanıldığı paytaxtdakı iqamətgahından həbsxanaya aparılıb.

Məlumatda bildirilir ki, Sudan Hərbi Keçid Şurası, Ömər əl Bəşiri Beynəlxalq Cəza Məhkəməsinə təslim etməyərək, haqqındakı qərarın ölkədə veriləcəyi vədinə əməl edəcək.

Digər bir xəbərə görə isə Sudanın Məclis rəhbəri İbrahim Əhməd Ömər də Qətər səfərindən gələn zaman Xartum Beynəlxalq Hava Limanında saxlanılıb.

Günay Elşaqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR