“Mülki işlər və iqtisadi mübahisələr üzrə iddialar üzrə işlərə sadələşdirilmiş qaydada baxılır” – Ramin Qurbanov

“Dəyişikliklər nəticəsində mülki işlər üzrə iddianın qiyməti 2000 manatdan, iqtisadi mübahisələr üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar üzrə işlərə sadələşdirilmiş qaydada baxılır”.

Metbuat.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Doing Business Hesabatının “Müqavilələrin həyata keçirilməsi” adlı göstəricisi üzrə görülən işlərə dair mətbuat konfransında Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov bildirib. Onun sözlərinə görə, sadələşdirilən icraatda ərizə məhkəməyə daxil olduqdan sonra 30 iş günü ərzində tərəflərin təqdim etdiyi sübutlar əsasında, tərəflər məhkəməyə çağırılmadan və məhkəmə baxışı keçirilmədən məhkəmə işin həllinə dair qərar çıxarmalıdır.

Dəyişikliklərə əsasən, təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi və elektron qaydada yayılan məhkəmə qərarlarının anonimləşdirilməsi təmin edilib.

R.Qurbanov bildirib ki, islahatlara əsasən “Elektron məhkəmə” informasiya sistemində həyata keçirilməsi nəzərdə tutulan işlərin icrası tam başa çatdırılıb. “Elektron məhkəmə” informasiya sistemində yeni dəyişikliklərdə müəyyən edilən məhkəmə proseduru üzrə vaxt standartlarının (icraata qəbul etmə, hazırlıq, baxış iclaslarının təyin olunması və işin yekunlaşdırılması müddətləri) əks olunması və təxirəsalmaların sayının 3 olduğugöstərilməklə, növbəti dəfə təxirə salmaların əsaslandırılması təmin olunub.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR