Azərbaycan XİN Şri Lanka xalqına başsağlığı verdi

Azərbaycan XİN Şri Lanka xalqına başsağlığı verdi
14:14 21 Aprel 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şri Lankada çoxsaylı günahsız insan ölümü və yaralanması ilə nəticələnən kilsə və otellərdə törədilmiş dağıdıcı terror aktlarını pisləyib.
 
ONA-nın məlumatına görə, XİN terror qurbanlarının ailələrinə və Şri Lanka xalqına başsağlığı verib, yaralıların tez bir zamanda sağalmasını diləyib.
 
Qeyd edək ki, bu gün Şri-Lankada paytaxt Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib. Partlayışlar nəticəsində ən azı 185 nəfər ölüb. Sonra daha iki partlayışın törədildiyi  açıqlanıb.  

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR