Lənkəranda qadın ailə münaqişəsi zəminində intihara cəhd edib

Lənkəranda qadın ailə münaqişəsi zəminində intihara cəhd edib
14:17 21 Aprel 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunun Ürgə kəndində intihara cəhd hadisəsi baş verib.
"Report"un Cənub Mərkəzinin məlumatına görə, 1978-ci il təvəllüdlü Zamanlı Xalidə Zeynal qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
O, vəziyyəti ağır olduğundan zəruri tibbi yardımlar göstərilməklə, Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Yaxınlarının dediyinə görə, X.Zeynallı sirkə turşusunu ailə münaqişəsi zəminində içib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-qadin-aile-munaqisesi-zemininde-intihara-cehd-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR