“Düşünürəm ki, yenə prezident cənab Putin olacaq” – Arzu Nağıyev

Martın 18-də Rusiyada prezident seçkiləri keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, bir neçə gün öncə Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) dövlət başçısı Vladimir Putinin də prezidentliyə namizədliyini rəsmən qeydə alıb.

Qeyd edək ki, Rusiya lideri seçkilərə öz istəyi ilə gedir və namizədliyi də onun özü tərəfindən irəli sürülüb. Putinə dəstək üçün 1,6 milyondan artıq imza toplanıb, MSK-ya isə 314 min imza təqdim edilib.

Rusiyada keçiriləcək seçkilərlə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyev deyir ki, Rusiyada keçirilən seçkilərdə demokratiya imitasiya olunsa da, nə qədər göstərilsə də ki, demokratik qüvvələr öz seçkiqabağı platformalarını qoyur, kommunistlərdən ibarət və Putin hakimiyyətini dəstəkləyən bir sıra şəxslərdən ibarət 8 nəfərin namizdəliyi irəli sürülmüşdü: “O 8 nəfərin 7-si müəyyən hərəkatlar və siyasi partiyaların nümayəndələridir. Cənab Putin isə özü-özünü namizəd kimi göstərən müstəqil şəxsdir. Bu gün əsas ideya, məqsəd olan Birləşmiş Rusiyanın bütün istiqamətləri, yəni istər siyasi, istər iqtisadi, istər hərbi istiqamətdə atılacaq addımları öz platformalarında əks etdirirlər. Platformada da böyük Rusiya təbliğatı demək olar hərtərəfli gedir.

Düşünürəm ki, Putinin siyasi kursuna müəyyən qədər az uyğun olan Kseniya Sobçakdır. Onun da bildiyiniz kimi, atası ilə Vladimir Putinin çox yaxın münasibətləri olub. Lakin buna baxmayaraq, o, ilk namizəd kimi xaricdən dəstək almağa çalışan biridir. Onun Amerikaya səfəri də bunu bir daha göstərdi. Lakin bu gün verilən proqnozlar onu göstərdi ki, əsas namizəd kimi Putin çox irəlidə gedir. Düşünürəm ki, yenə prezident kimi cənab Putin qalacaq. Çünki bu gün hərbi doktrina, eyni zamanda hərbi sənaye kompleksi, karbohidratlarla dolu olan digər böyük oliqarxlar, firmalar təbii ki, Putini dəstəkləyəcəklər. Yəni bu gün Qərbin sanksiyalarına uyğun olaraq iqtisadiyyatı elə qurmaq lazımdır ki, gələcəkdə müəyyən qədər istər daxili məhsulun artması, istər digər məsələlərdə müsbət tendensiya yaransın. Buna görə də əsas namizəd yəqin ki, cənab Putin olacaq”.

Günay Elşadqızı / METBUAT.AZ

“Bu, Ermənistan torpaqlarına iddia deyil, biz, öz tariximizin bilinməsində iddialıyıq” – Millət vəkillərindən açıqlama

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI