İraq ordusu Suriyanı bombaladı

İraqın Hərbi Hava Qüvvələri İŞİD terror təşkilatının Suriyadakı mövqelərinə hava zərbələri endirib.

Metbuat.az-ın məlumatına görə, hökumət administrasiyasının bəyanatında qeyd olunur ki, terrorçu təşkilat İraqa təhlükə törədir: “Bu həm də regionda terrorçularla mübarizəyə töhfə olacaq” – deyə sənəddə qeyd olunub. Lakin hava əməliyyatı zamanı İŞİD üzvlərinin üzləşdiyi itkilər barədə məlumat verilməyib.

Qeyd edək ki, İraqın baş naziri Heydər əl-Abadi ölkəsinin terrorçu təşkilatla mübarizəni ölkə hüdudlarından kənarda da davam etdirəcəyini bəyan etmişdi. Bu əməliyyat onun açıqlamalarından sonra ölkə xaricində keçirilən ilk əməliyyatdır.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR