Bu gün NİYYƏT GECƏSİDİR - Nə etməli? İlahiyyatçıdan AÇIQLAMA

Bu gün axşam Müqəddəs Ramazan ayının niyyət axşamıdır.

12 ayın sultanı Ramazan artıq bu axşam başlayır. Bu axşam müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.

İlahiyyatçı Hacı Fuad Pənahlı Metbuat.az-a açıqlamasında bildirib ki, niyyətsiz əməl batil hesab olunur:

“Peyğəmbərimiz mübarək hədislərinin birində buyurur ki, bütün əməllər insanın niyyətilə bağlıdır və bütün əməllərin başı niyyət sayılır. Niyyəti sağlam olmayan heç bir əməlin məqbulluğu da olmur. O cəhətdən, müsəlmalar, iman əhli dini ayinləri icra etdiyi zaman müqəddiməsində Allaha yaxın olmağı niyyət edir. O niyyətdən sonra insan əməl meydanına qatılır. Niyyət gecəsi o deməkdir ki, ey Allahım, sənin əmrini icra eləmək, sənə yaxın olmaq üçün bu mübrək orucluğu niyyət edirəm. Niyyətdən əlavə hər bir insan ürəyindən keçən duaları da edə bilər. Bu cəhətdən niyyət mühüm bir məsələdir. Niyyətsiz əməl batil hesab olunur. Ona görə, hər orucluğun müqəddiməsində niyyət olmalıdır”.

Qeyd edək ki, Ramazan təqviminə əsasən, ilk Əhya gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecədir. Bu da iyunun 3-nə təsadüf edəcək.

İkinci Əhya gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-nə təsadüf edir.

Üçüncü Əhya gecəsi iyunun 7-də (Ramazan ayının 22-dən 23-nə keçən gecə), sonuncu Əhya gecəsi isə iyunun 11-də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) olacaq.

Şəvval ayının 1-i (15 iyun) Fitr bayramıdır.

Xəyalə Məmmədova / METBUAT.AZ

Oruc tutarkən çox susamamaq üçün nə etməli? - BUNLARI BİLƏK – TIKLAYIN!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR