İran yenə qarışdı - Ölənlər var

İranın Fars əyalətindəki Kazirun şəhərində təşkil olunan etiraz aksiyaları zamanı azı 3 nəfər həyatını itirib. 2-si ağır olmaqla 6 nümayişçi xəsarət alıb.

Metbuat.az-ın məlumatına görə, etirazların keçirilməsinə səbəb hökumətin şəhəri ikiyə bölmək barədə planlarıdır. Bildirilir ki, Kazirunun ərazisində iki şəhərin yaradılması nəzərdə tutulur. Narazı kütlə polis məntəqələrinə hücum edərək, tikilililərə od vurub.

Toqquşmalar zamanı silah səslərinin eşidildiyi deyilir. Rəsmi Tehran hələlik məsələyə münasibət bildirməyib.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR