Play Store

Merkel Trampı tənqid etdi

Almaniya kansleri Angela Merkel ABŞ prezidenti Donald Trampı İranla imzalanmış nüvə sazişindən imtina etdiyinə görə tənqid edib.

Metbuat.az-ın məlumatına görə, Almaniya Federal məclisindəki çıxışı zamanı o bildirib ki, Vaşiqtonun atdığı addımlar yalnışdır. Merkelin sözlərinə görə, Birləşmiş Ştatlar İranla bağlı siyasətini düzgün təhlil etməlidir. "Tehran nüvə sazişinin şərtlərinə əməl edir" deyən kansler, Vaşinqtonu sənədin şərtlərinə zidd addımlar atmaqda ittiham edib.

Merkel bəyan edib ki, İran Birləşmiş Ştatların təzyiqləri qarşısında boyun əyməyəcək.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR