Fotosunu görüb rezervasiya etdirdi - Otelə getdikdə şoka düşdü

İngiltərədə yaşayan Jenny Kershav tətil etmək üçün getdiyi Vietnamda həyatının şokunu yaşayıb.

Metbuat.az xəbər verir ki, bir otel axtarış saytından Vietnamda özünə bir otel ayıran İngiltərə vətəndaşı Jenny Kershav tətilə getdiyi zaman böyük bir şokla qarşılaşıb. Çünki Kerşavın internetdən tutduğu otelin hovuzu həqiqətdə bir vannaya bənzəyirdi.

Gənc qadın otelin fotolarını sosial şəbəkədə paylaşdıqdan sonra hadisə qısa müddətdə yayılıb. Otel axtarışı saytı mövzu ilə bağlı açıqlama edərək, qadının düşdüyü vəziyyətin ən qısa müddətdə düzəldiləcəyini və işçilərin bu mövzu üzərində çalışdığını bildirib.

Hadisədən sonra sosial şəbəkə istifadəçiləri ingilis qadının başına gələnlər haqqında onlarla paylaşım edib.


http://matbuat.az/news/953271/rus-sirket-gunes-ene...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR